top of page

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Üzümçü” ailə kəndli təsərrüfatına dəstək göstərilib

14 hours ago
1 min read
Support has been provided to the “Üzümçü” family farm within the framework of the “From City to Village” project

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı, “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam etdirilir.

Layihə çərçivəsində növbəti dəstək Şamaxı rayonunda fəaliyyət göstərən və “Mistika” şərablarının istehsalı ilə məşğul olan “Üzümçü” ailə kəndli təsərrüfatına göstərilib. Təsərrüfata şərab istehsalı üçün avadanlıq, qablaşdırma və satış istiqamətlərində dəstək verilib.

Görülən işlərlə tanış olmaq məqsədilə Şamaxı Rayon İcra Hakimiyyətinin, “Aqrar Tədarük və Təchizat” ASC-nin, İsmayıllı Regional Turizm İdarəsinin və digər qurumların nümayəndələrinin təsərrüfata səfəri təşkil edilib. Səfər zamanı qonaqlar şərab istehsalı və emalı prosesi ilə yaxından tanış olublar.

“Üzümçü” ailə kəndli təsərrüfatının sahibi Rahib Heydər qonaqlara təsərrüfatın fəaliyyət istiqamətləri, istehsal potensialı və gələcək planları barədə ətraflı məlumat verib. Bildirib ki, qarşıdakı illərdə istehsal həcminin artırılması və üzüm bağlarının genişləndirilməsi əsas prioritetlər sırasındadır.

Əsasən üzümçülük və şərabçılıqla məşğul olan “Üzümçü” ailə kəndli təsərrüfatı Şamaxı rayonunun Məlikçobanlı kəndində yerləşir və 4 hektar ərazini əhatə edir. Təsərrüfatda Merlot üzüm sortundan istifadə edilməklə, klassik üsul və müasir texnologiyalar əsasında üç çeşiddə şərab istehsal olunur. İllik istehsal həcmi 4 ton təşkil edir.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanallarının yaradılması, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının formalaşdırılmasıdır.

Layihə çərçivəsində indiyədək 39 təsərrüfata turizm potensialının artırılması istiqamətində dəstək göstərilib. Həmçinin 500 fermer üçün aqroturizm üzrə təlimlər keçirilib, təsərrüfat sahiblərinin turizm şirkətləri ilə əlaqələrinin qurulması məqsədilə 7 infotur təşkil edilib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page