top of page

Sosial həssas qrupdan olan daha 20 tələbə aylıq 200 manat təqaüd alacaq

4 hours ago
1 min read
Another 20 students from socially vulnerable groups will receive a monthly scholarship of 200 manats

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Proqramın yeni mərhələsi çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur.

TİF-dən bildirilib ki, müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar. İmzalanma mərasimində çıxış edən Nicat Məmmədli əməkdaşlığın davam etdirilməsinin sosial həssas qrupa aid olan gənclərin təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, tələbələrə göstərilən maliyyə dəstəyi onların təhsillərini davam etdirmələrinə, bilik və bacarıqlarını inkişaf etdirmələrinə, gələcək hədəflərinə doğru inamla irəliləmələrinə şərait yaradır.

Yusif Poladov isə təhsil sahəsinə göstərilən ictimai dəstəyin və sosial həmrəyliyin əhəmiyyətini qeyd edib. Bildirib ki, Birbank tətbiqi vasitəsilə həyata keçirilən “Onu oxut” aksiyası çərçivəsində vətəndaşların könüllü ianələri hesabına reallaşan bu təşəbbüs sosial həssas qrupa aid olan gənclərin ali təhsil imkanlarının genişləndirilməsinə töhfə verir.

Proqram sosial həssas qrupa aid olan, Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin birinci kursunda təhsil alan və qəbul imtahanlarında minimum 600 bal toplayan tələbələri əhatə edir. Seçiləcək hər bir tələbəyə 10 ay müddətində aylıq 200 manat təqaüd veriləcək.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı çərçivəsində indiyədək 43 tələbəyə təqaüd ayrılıb. Proqramın davam etdirilməsi sosial həssas qrupa aid olan gənclərin ali təhsil almasına və akademik inkişafına dəstəyin genişləndirilməsinə xidmət edir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page