top of page

“Bank of Baku”nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

4 hours ago
1 min read
Bank of Baku’s latest financial literacy event took place in Shirvan

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən “Bank of Baku” növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib.

Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbdə təşkil etdiyi tədbirdə 100-ə yaxın şagird iştirak edib. İki mərhələdən ibarət olan tədbirdə ilk olaraq məktəblilərə maliyyə savadlılığı mövzusunda təlim keçirilib.

Bankın KOB Bankçılıq departamentinin direktor müavini İsmayıl Məmmədov tərəfindən məktəblilərə pulun yaranma tarixi, ondan səmərəli istifadə yolları, əsas maliyyə anlayışları, eləcə də nağdsız ödənişlər zamanı təhlükəsizlik qaydaları barədə məlumat verilib.

İkinci mərhələdə isə Şirvan şəhərinin 4 məktəbini təmsil edən ümumilikdə 25 şagird komandalar şəklində maliyyə savadlılığı mövzusundakı intellektual yarışda iştirak ediblər. Yarışın sonunda bank tərəfindən qaliblər, eləcə də bütün yarış iştirakçıları hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar.

Tədbir çərçivəsində 10 nömrəli məktəbin kitabxanasına ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan “Bank of Baku”nun Azərbaycan Banklar Assosiasiyası, AzFina və “VISA” ilə birgə əməkdaşlıq çərçivəsində ərsəyə gətirdiyi “Ömərin ödəniş kartı ilə tanışlığı” kitabça da hədiyyə edilib. Nəşrin məqsədi uşaqların ödəniş kartları və maliyyə anlayışları ilə erkən yaşlardan tanışlığına dəstək olmaqdır.

Qeyd edək ki, “Bank of Baku” maliyyə savadlılığı ilə əlaqədar uşaqlarla yanaşı, yaşlı insanlar, sahibkar qadınlar üçün də təlimlər həyata keçirib. Bank maliyyə savadlılığını sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page