top of page

“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub

30 minutes ago
1 min read
FINCA Azerbaijan joined a tree-planting campaign held ahead of Victory Day

“FINCA Azerbaijan” 1 250 ağacın əkildiyi ekoloji aksiyaya qoşulub

 

“FINCA Azerbaijan” 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində maliyyə sektorunun iştirakı ilə keçirilən ağacəkmə aksiyasında iştirak edib. Zəfər Günü ərəfəsində təşkil olunan tədbir ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədini daşıyıb.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü olan “FINCA Azerbaijan”ın əməkdaşları da ağacəkmə işlərinə qoşularaq təşəbbüsə töhfə veriblər.

Dövlət qurumlarının və maliyyə assosiasiyalarının rəhbər şəxslərinin, üzv təşkilatların 250-yə yaxın nümayəndəsinin qatıldığı aksiya zamanı 2 hektar sahədə ümumilikdə 1 250 Eldar şamı və zeytun ağacı əkilib.

Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank və maliyyə sektoru assosiasiyalarının 13 mart 2023-cü ildə imzaladığı Anlaşma Memorandumu əsasında həyata keçirilib. Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə başladılan təşəbbüs çərçivəsində 2023-cü ildən etibarən 10 il ərzində hər il 100 min, ümumilikdə 1 milyon ağacın əkilməsi hədəflənir.

“FINCA Azerbaijan” cəmiyyətin rifahına töhfə verməyi və ətraf mühitə məsuliyyətli münasibəti korporativ sosial məsuliyyət yanaşmasının mühüm hissəsi hesab edir. Təşkilatın aksiyada iştirakı daha yaşıl və sağlam gələcək naminə birgə fəaliyyətə verdiyi dəstəyin ifadəsidir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page