top of page

Ünvanlı dövlət sosial yardımı alan ailələrin uşaqlarına məktəb ləvazimatları hədiyyə olunub

8 hours ago
1 min read
School supplies were gifted to children from families receiving targeted state social assistance

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilən “Məktəbli çantası – 2026” layihəsi çərçivəsində Bakı şəhərində yaşayan və ünvanlı dövlət sosial yardımı alan ailələrin 2026–2027-ci tədris ilində I sinfə gedən 50 övladına məktəbli çantası və zəruri dərs ləvazimatları hədiyyə olunub.

DMSF-dən verilən məlumata görə, layihənin məqsədi aztəminatlı ailələrə sosial dəstək göstərmək, onların birinci sinfə gedən övladlarının yeni tədris ilinə hazırlığına töhfə vermək və birinciləri təlim-tədris prosesinə həvəsləndirməkdir.

Tədbir çərçivəsində uşaqlar üçün nahar təşkil olunub, onların asudə vaxtının səmərəli və əyləncəli keçirilməsi təmin edilib.

Layihə DSMF və “Papa Johns Azərbaycan” restoranlar şəbəkəsinin əməkdaşlığı ilə həyata keçirilib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page