top of page

"Gözel Seeds" və ADA Universiteti genetika və biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

1 day ago
1 min read
"Gözel Seeds" and ADA University brought together leading scientists at a genetics and biotechnology conference

"Gözel Seeds" və ADA Universitetinin birgə təşkilatçılığı, Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə "Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı bitkiçilik və heyvandarlıq üçün müasir biotexnologiyalar" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə regionun ərzaq təhlükəsizliyinin təmin edilməsi, dəqiq seleksiya üsullarının inkişafı və beynəlxalq bazarlara inteqrasiya istiqamətində qabaqcıl genom texnologiyalarının imkanları müzakirə olunub.

Konfrans "Gözel Seeds" şirkətinin təsisçisi Tahir Gözel və ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsinin dekanı Matteo Vittuarinin açılış nitqləri ilə başlayıb.

Türkiyədən dəvət olunmuş professorlar A. Naci Onus, Anne Frary, Sami Doganlar, Levent Mercan, Musa Kavas, dosent İbrahim Chelik, eləcə də ADA Universitetinin professoru Mehrac Abbasov müasir kənd təsərrüfatının inkişafında mühüm rol oynayan innovativ texnologiyalara həsr olunmuş elmi sessiyada məruzə söyləyiblər. Professor Matteo Vittuari həm də konfransın moderatoru kimi çıxış edib.

Konfransdan sonra ADA Universitetinin nümayəndəliyi, Türkiyədən gələn alimlər və "Gözel Seeds" nümayəndələri arasında Bakıda 10-14 günlük birgə yay məktəbinin təşkili imkanları müzakirə olunub. Aparıcı alimlərlə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan bu təşəbbüs tələbələrin qabaqcıl tədqiqat texnologiyaları ilə tanış olmasına, ixtisas biliklərini dərinləşdirməsinə və beynəlxalq akademik təcrübədən faydalanmasına şərait yaratmağı hədəfləyir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page