top of page

Toyota Bakı Mərkəzi 20-ci “Arzuların Maşını” beynəlxalq rəsm müsabiqəsinə start verir

4 hours ago
1 min read
Toyota Baku Center launches the 20th “Dream Car” international art contest

Toyota Bakı Mərkəzi 20-ci “Toyota Arzuların Maşını” beynəlxalq rəsm müsabiqəsini elan edir.


Müsabiqənin şərtləri:

Kim iştirak edə bilər: Azərbaycan Respublikasında yaşayan 15 yaşa qədər olan hər bir uşaq.


Yaş kateqoriyası:

1-ci kateqoriya 1-7 yaş;

2-ci kateqoriya 8-11 yaş;

3-cü kateqoriya 12-15 yaş.


Uşaqlar nə çəkməlidirlər:

Dünyanı gözəlləşdirən, insanlara xeyir verən, ekoloji təmiz, fantastik, xəyal etdiyi və hamının xoşbəxt olacağı gələcəyin “Toyota” dünyası

Rəsmlər karandaş, yağlı karandaş(pastel),flomaster, boya, yağlı boya, akvarel ilə A3 formatlı kağızda çəkilməlidir. Rəsmlərdə milli və dövlət atributları, ölkələr, şəhərlər, film və animasiya qəhrəmanlarının obrazları istifadə edilməməlidir.

“Toyota Arzuların Maşını” (Toyota Dream Car Art Contest) müsabiqəsi iki mərhələdə keçirilir.

Birinci mərhələ Azərbaycanda, ikinci - beynəxalq müsabiqə Yaponiyada keçiriləcək.

Milli turda qalib gələn 9 rəsm Yaponiyadakı müsabiqədə iştirak edəcək.

Milli müsabiqənin 9 qalibi “Toyota Bakı Mərkəzi” tərəfindən beynəlxalq sertifikat və hədiyyə ilə mükafatlandırılacaq. Müsabiqənin dünya üzrə qalibi isə “Toyota” tərəfindən pul mükafatı və sertifikat ilə təltif ediləcək.

Bütün məktəbləri, rəsm qalerayalarını və dərnəkləri müsabiqəyə dəvət edirik!

Rəsmlər 2 Noyabr 2026-cı il tarixindən 30 Dekabr 2026-cı il tarixinədək Toyota Bakı Mərkəzində qəbul edilir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page