top of page

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

2 hours ago
1 min read
A book consisting of children's stories has been prepared within the framework of the “Friendship Bridge” project

“Dostluq körpüsü” layihəsi uşaqlarda empatiya, qarşılıqlı münasibət və sosial məsuliyyət hissinin formalaşmasına, onların birgə fəaliyyət vasitəsilə sosiallaşmasına töhfə verib.

Bunu 3 saylı uşaq evi sosial xidmətlər müəssisəsinin rəhbəri Günay Manafova ADA Məktəbi ilə birgə həyata keçirilən “Dostluq körpüsü” layihəsinin təqdimatı zamanı jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, layihənin əsas məqsədi uşaqlar arasında dostluq münasibətlərinin qurulması, qarşılıqlı anlaşma və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsidir. Günay Manafovanın sözlərinə görə, dostluq körpüsü cansız əşyaların deyil, insanların qurduğu münasibətlərin təcəssümüdür. Layihə çərçivəsində uşaqlar empatiya qurmağı, birgə əmək fəaliyyətini, paylaşmağı və birlikdə sevinməyi öyrəniblər. Layihə uşaqların sosiallaşması baxımından mühüm əhəmiyyət daşıyıb. Onların gündəlik sosial mühiti kiçik görünsə də, bu cür təşəbbüslər vasitəsilə daha geniş ünsiyyət və qarşılıqlı münasibətlər dünyasına çıxış imkanı yaranıb.

Günay Manafova diqqətə çatdırıb ki, layihənin nəticəsi olaraq uşaqların hiss və düşüncələrini əks etdirən hekayələrdən ibarət kitab hazırlanıb. Təqdimatı keçirilən nəşrdə uşaqların öz duyğularını və yaşadıqları təcrübələri yaradıcı şəkildə ifadə etmələri öz əksini tapıb. O vurğulayıb ki, kitab uşaqların birgə fəaliyyətinin, qazandıqları təcrübənin və qurduqları dostluq münasibətlərinin mühüm nəticəsidir. 

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page