top of page

“Buta Farm” MMC-nin sosial məsuliyyət təşəbbüsü çərçivəsində Xankəndi sakinləri üçün ödənişsiz tibbi müayinəaksiyası təşkil olunub

2 hours ago
1 min read
As part of a social responsibility initiative by “Buta Farm” LLC, a free medical screening campaign has been organized for the residents of Khankendi

Oktyabrın 29–30-da “Buta Farm” MMC-nin təşkilatçılığı, Baku Medical Plaza və Xankəndi Tibb Mərkəzinin dəstəyi iləXankəndidə keçirilən aksiya çərçivəsində yerli sakinlərəmüxtəlif istiqamətlər üzrə tibbi xidmətlər göstərilib. Təşəbbüsün əsas məqsədi əhalinin sağlamlığının qorunmasınatöhfə vermək və xüsusilə həssas əhali qruplarına dəstəkgöstərmək olub.

İki gün davam edən aksiya yerli əhali tərəfindən böyük rəğbətvə aktivliklə qarşılanıb. Tədbir çərçivəsində peşəkar həkimheyəti tərəfindən vətəndaşlara müxtəlif istiqamətlər üzrəmüayinələr həyata keçirilib, onlara sağlam həyat tərzi vəprofilaktik tədbirlərlə bağlı zəruri məsləhətlər verilib.

Aksiyanın ən əhəmiyyətli sosial istiqamətlərindən biri həssasəhali qruplarına yönəlib. Sosial müavinət alan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinin üzvlərinə və ahılvətəndaşlara xüsusi “Buta Qayğı” kartı təqdim olunub.

Bu kart sahiblərinə “Buta” apteklər şəbəkəsindən dərmanvasitələri və tibbi ləvazimatları daha güzəştli şərtlərlə əldəetmək imkanı qazandırır. Sosial həmrəyliyin bariz nümunəsiolan bu təşəbbüs yerli sakinlər tərəfindən xüsusiminnətdarlıqla qarşılanıb. Eyni zamanda, aksiyada iştirakedən hər bir vətəndaşa xüsusi hədiyyələr təqdim olunub.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page