top of page

Benefisiarlarımız muzeydə elmi təcrübələrdə iştirak ediblər

10 hours ago
1 min read
Our beneficiaries participated in scientific experiments at the museum

Dövlət Sosial Müdafiə Fondu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları üçün maarifləndirici və əyləncəli tədbir təşkil edib.

Layihə iştirakçıları əvvəlcə Elçin Abbasovun Hədəf STEM Liseyinin nəzdində fəaliyyət göstərən İnteraktiv Elm Muzeyini ziyarət ediblər. Onlar muzeydə müxtəlif elmi proseslərlə interaktiv formada tanış olub, təcrübələrdə birbaşa iştirak ediblər.İnteraktiv proqram uşaqların elmə və yeni biliklərə marağının artırılması, müşahidə, araşdırma və öyrənmə bacarıqlarının inkişaf etdirilməsi baxımından maraqlı təcrübə olub.

Proqramın davamı olaraq “Papa Johns Azərbaycan” restoranlar şəbəkəsində iştirakçılar üçün nahar təşkil edilib.Qeyd edək ki, tədbirin məqsədi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının maarifləndirici və sosial fəaliyyətlərdə iştirakına, yeni bilik və təcrübələr qazanmasına imkan yaratmaq, onların asudə vaxtlarının səmərəli təşkilinə dəstək verməkdir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page