top of page

Ümumdünya Ətraf Mühit Günündə “Card to Art” və “KAĞIZ GƏTİR–KİTAB APAR” layihələri ictimaiyyətə təqdim edilib

  • 4 days ago
  • 2 min read
“Card to Art” and “Bring paper - Take a book” Projects Presented to the Public on World Environment Day

Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə 5 iyun- Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib. Bu münasibətlə Heydər Əliyev Mərkəzində açıq havada təşkil olunan silsilə tədbirlər çərçivəsində ətraf mühitin qorunması, təkrar emal mədəniyyətinin təşviqi və sosial məsuliyyətin gücləndirilməsinə xidmət edən müxtəlif təşəbbüslər ictimaiyyətə təqdim edilib. Bu layihələr arasında “Təmiz Şəhər” ASC-nin təşəbbüsü bir sıra dövlət və özəl tərəfdaşların dəstəyi ilə reallaşdırılan “Card to Art” və “KAĞIZ GƏTİR–KİTAB APAR” sosial-ekoloji layihələri də təmsil olunub.

Tədbir çərçivəsində istifadə müddəti başa çatmış və son bir il ərzində xüsusi toplama qutularında yığılan plastik kartlardan hazırlanmış incəsənət nümunələrinin təqdimatı keçirilib. “Card to Art” sosial-ekoloji layihəsi həmin kartların lazımsız material deyil, yaradıcılıq və sənət vasitəsilə yeni dəyər qazanmasının mümkünlüyünü nümayiş etdirib. Layihə çərçivəsində əlilliyi olan şəxslər tərəfindən hazırlanan əl işləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, onların sosial inteqrasiyasına və yaradıcılıq potensialının nümayişinə əlavə imkan yaradıb.

“KAĞIZ GƏTİR–KİTAB APAR” sosial-ekoloji layihəsi isə əsasən məktəblilər arasında təkrar emal vərdişlərinin formalaşdırılmasına xidmət edir. "18 mart – Qlobal Təkrar Emal Günündə" Bakı Avropa Liseyindən start götürən layihə çərçivəsində şagirdlər evlərində topladıqları istifadəsiz kağızları təhvil verərək əvəzində yeni kitablar əldə ediblər. Layihənin məqsədi gənc nəslin ekoloji məsuliyyət hissini artırmaqla yanaşı, onların mütaliəyə marağını təşviq etmək, həmçinin kağız tullantılarının təkrar emala yönləndirilməsinə töhfə verməkdir.

Hər iki layihə ekoloji məsuliyyət, resurslardan səmərəli istifadə və sosial həmrəylik kimi mühüm dəyərləri özündə birləşdirir. Layihələr vasitəsilə bir tərəfdən tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, digər tərəfdən isə cəmiyyətin müxtəlif qruplarının faydalı və yaradıcı fəaliyyətlərə cəlb olunması hədəflənir.

Qeyd edək ki, “Card to Art” və “KAĞIZ GƏTİR–KİTAB APAR” sosial-ekoloji layihələri “Təmiz Şəhər” ASC-nin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Yapı KrediBank Azərbaycan, “Facility Management Group”, “Global Media Group”, “PAŞA Property Management”, Araz Supermarketlər şəbəkəsi, Bakı Dövlət Universiteti, Bakı Avropa Liseyi, Sumqayıt Dövlət Universiteti, “Nine Senses” Yaradıcılıq Mərkəzi, Azərbaycan Nəşriyyatları Assosiasiyası, “Global Management”, “Bravo Supermarket”, “Smart Waste” MMC, “Chapar Poliqrafiya”, Gilavar Foto Klubu, ECOhub və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page