top of page

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

1 hour ago
1 min read
SOCAR is represented at the 12th Baku International Book Fair

SOCAR baş sponsoru olduğu 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində xüsusi təqdimat zonası və öz stendi ilə təmsil olunur.

SOCAR-dan bildirilib ki, sərgidə şirkətin dəstəyi ilə hazırlanmış nəşrlər, o cümlədən müxtəlif fəaliyyət istiqamətlərini əhatə edən kitab, jurnal və bukletlər nümayiş etdirilir, eləcə də SOCAR-ın həyata keçirdiyi sosial, mədəni və maarifləndirici layihələr barədə məlumatlar təqdim olunur.

SOCAR-ın təqdimat zonasında “.ART Zone” incəsənət platforması ilə birgə həyata keçirilən “SOCART” layihəsi çərçivəsində Azərbaycanın tanınmış rəssam və fotoqraflarının Neft Daşlarına həsr etdikləri rəsm və fotolardan ibarət sərgi də təşkil olunub. Burada ümumilikdə 24 rəsm əsəri və 40 foto sərgilənir.

SOCAR stendində enerji, iqtisadiyyat, idarəetmə, mühəndislik, kimya, biotexnologiya və digər istiqamətləri əhatə edən müxtəlif nəşrlər yer alıb. Təqdimat zonasında SOCAR-ın dəstəyi ilə hazırlanmış “Azərbaycan nefti - tarixə baxış” kitabının, eləcə də “Əməyin mühafizəsi və sağlamlığın əsasları” dərsliyinin təqdimatları olub. Həmçinin Bəhram Bağırzadənin iştirakı ilə “Qara qızılın sirri” kitabının imza günü keçirilib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page