top of page

AzTU-nun tələbələri “PAŞA Holdinq”in “Əlaçı” təqaüd proqramının qalibi olublar

1 hour ago
1 min read
AzTU students have become winners of PASHA Holding’s “Əlaçı” scholarship program

Azərbaycan Texniki Universitetinin (AzTU) iki tələbəsi “PAŞA Holdinq”in təşkil etdiyi “Əlaçı” təqaüd proqramının 2026–2027-ci tədris ili üzrə qalibləri seçilib.

AzTU-dan bildirilib ki, İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbələri Yusif Əliyev və Nicat Allahverdiyev proqramın qalibləri sırasında yer alıblar.

“Əlaçı” təqaüd proqramı III və IV kurs bakalavriat tələbələrini əhatə edir və qaliblərə aylıq təqaüd verilməsini nəzərdə tutur. Proqram çərçivəsində tələbələrin peşəkar və fərdi inkişafını dəstəkləmək məqsədilə müxtəlif tədbirlər və təlimlər də təşkil olunur.

Artıq beşinci dəfə həyata keçirilən proqramda ötən beş il ərzində 500-dən çox tələbə iştirak edib. 2026–2027-ci tədris ili üzrə proqrama müraciət edənlərin sayı 3 mini ötüb. Onlardan 100 nəfər seçim mərhələlərini uğurla keçərək proqramın qalibi olub.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page