top of page

Zəfər Günü münasibətilə “PAŞA Holding” və “Bravo” şəhid ailələrinə bayram sovqatları çatdırıb

31 minutes ago
1 min read
On the occasion of Victory Day, “PASHA Holding” and “Bravo” delivered holiday gifts to the families of martyrs

“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində Zəfər Günü münasibətilə şəhid ailələrinə bayram sovqatları təqdim edib.“PAŞA Holding” 2023-cü ildən etibarən 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək övladları üçün sosial dəstək proqramı həyata keçirir. Proqram çərçivəsində Yeni il, Novruz, Qurban, Ramazan bayramları və Zəfər Günü münasibətilə şəhid övladlarına “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.

Zəfər Günü münasibətilə nəzərdə tutulan sovqatlar noyabr ayının əvvəlindən etibarən “Bravo” supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə şəhid ailələrinə çatdırılır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.Qeyd edək ki, 2024-cü ildən etibarən layihəyə antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları da daxil edilib. Hazırda proqram 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra baş vermiş sentyabr təxribatları və antiterror tədbirləri zamanı şəhid olmuş şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən artıq övladını əhatə edir.

Xatırladaq ki, proqram çərçivəsində həmçinin təhsil və səhiyyə sahələri üzrə dəstək tədbirləri də həyata keçirilir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page