top of page

"OBA"dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi

2 minutes ago
1 min read
A moving Victory story from "OBA," told by Nilufer, the daughter of a martyr

"OBA" marketlər şəbəkəsi 8 Noyabr - Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib. "Bizim qəhrəmanlarımızın supergücü Vətən sevgisidir!" mesajı ilə hazırlanan videoçarx Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə ithaf olunub.

Zəfərin altıncı ildönümünə özəl təqdim olunan videoçarx şəhid Süleyman Bağırovun şəhidlik zirvəsinə ucalmasından sonra dünyaya gələn qızı Nülufərin dilindən nəql edilir. Atasını görmək nəsib olmayan Nülufər balanın dilindən səslənən qəhrəmanlıq hekayəsi Vətən sevgisini və övlad qürurunu bir araya gətirir.

Vətən müharibəsində döyüş yoldaşlarını qoruyarkən öz canından keçən Süleyman Bağırovun fədakarlığı videoçarxın əsasını təşkil edir. Onun hekayəsi qəhrəmanlarımızın gücünün qorxmadan irəli atılmaqda, çiyin-çiyinə döyüşməkdə və Vətəni canlarından üstün tutmaqda olduğunu xatırladır.

"OBA" Süleyman Bağırovun timsalında Vətən uğrunda son nəfəsinədək mübarizə aparan, bizə azadlığın və Zəfərin qürurunu yaşadan Obamızın qəhrəman övladlarını dərin ehtiramla yad edir. Videoçarx onların xatirəsini yaşatmağa və fədakarlıqlarını gələcək nəsillərə çatdırmağa çağırır.

"Onların qəhrəmanlığı tariximizə, adları qəlbimizə yazılıb. Unutmadıq, unutmayacağıq!" mesajı ilə təqdim olunan videoçarx şəhidlərimizə minnətdarlığın və ehtiramın ifadəsidir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page