top of page

"Azercell" yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

6 hours ago
2 min read
Azercell contributes to the development of a new generation of female ICT specialists

"Uğur qızlarımızındır" təşəbbüsü çərçivəsində İKT ixtisasları üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul olan tələbə qızlarla görüş keçirilib.

"Azercell" gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş "Uğur qızlarımızındır" təşəbbüsünü davam etdirir. Təşəbbüs çərçivəsində Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul olan tələbə qızlarla görüş keçirilib.

Görüşdə "Azercell"in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova və şirkətin digər nümayəndələri iştirak ediblər.

Müzakirələrdə texnologiya sektorunun inkişaf istiqamətləri, yeni peşə və bacarıqlara artan tələbat, eləcə də tələbələrin gələcək karyera perspektivləri diqqət mərkəzində olub. Gənc qadınların İKT sahəsində daha geniş iştirakının sektorun innovasiya potensialının güclənməsinə və ölkənin rəqəmsal inkişafına töhfəsi vurğulanıb.

Tələbələrin xüsusi maraq göstərdiyi süni intellekt və kibertəhlükəsizlik sahələrində "Azercell"in fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, süni intellekt "Azercell"in rəqəmsal transformasiya strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu texnologiyanın müştəri təcrübəsinin yaxşılaşdırılması, şəbəkənin daha səmərəli idarə olunması, kibertəhlükəsizliyin gücləndirilməsi və daxili proseslərin optimallaşdırılması üzrə tətbiqini genişləndirir. Kibertəhlükəsizlik sahəsində də öncül mövqeyini gücləndirən "Azercell" ölkədə ilk "Telekom CERT" komandasını yaradıb. Komanda kibertəhdidlərin aşkarlanması və insidentlərə operativ reaksiya imkanlarını inkişaf etdirərək rəqəmsal infrastrukturun təhlükəsizliyinə və dayanıqlığına töhfə verir.

Eyni zamanda, qızlara şirkətdə təcrübə və təqaüd proqramları, həmçinin peşəkar inkişaf imkanları barədə məlumat verilib.

Yeni nəsil texnologiya mütəxəssislərinin yetişdirilməsi və rəqəmsal savadlılığın təşviqi "Azercell"in sosial strategiyasının prioritet istiqamətlərindəndir. Şirkət "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq təhsilə, gənclərin inkişafına və bərabər imkanların genişləndirilməsinə yönəlmiş təşəbbüslərlə inklüziv və dayanıqlı inkişafı dəstəkləyir.

Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page