top of page

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!

4 hours ago
1 min read
Ziraat Bank Azerbaijan supports the formation of an inclusive society, alongside providing financial services!

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən “Təbiətin Dostları Festivalı”nın baş sponsoru olub.

Mərkəzi Nəbatat Bağında təşkil olunan festival “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyi və “Bu gün TV Media Qurumu”nun təşəbbüsü, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə baş tutub. Sosial layihədə 20 Daun sindromlu yeniyetmə və onların valideynləri iştirak ediblər.

Festival çərçivəsində yeniyetmələr quş evcikləri və heyvan sığınacaqları hazırlayıb, rəsm, musiqi, rəqs və yoqa kimi müxtəlif fəaliyyətlərə qatılıblar. Tədbirin sonunda iştirakçılar tərəfindən 20 sülh göyərçini səmaya buraxılıb.

Tədbirdə çıxış edən Ziraat Bank Azərbaycanın Marketinq və Kommunikasiya Departamentinin direktoru Aynur Mirzəyeva belə sosial təşəbbüslərə dəstəyin bankın korporativ sosial məsuliyyət yanaşmasının mühüm hissəsi olduğunu vurğulayıb. O, inklüziv cəmiyyətin formalaşmasına, gənclərin sosial fəallığının artırılmasına və ekoloji dəyərlərin təşviqinə töhfə verməkdən məmnunluğunu ifadə edib.

Festivalın təşkilinə göstərdiyi dəstəyə görə Ziraat Bank Azərbaycan təşəkkürnamə ilə təltif olunub.

Ziraat Bank Azərbaycan bundan sonra da cəmiyyətin rifahına, ətraf mühitin qorunmasına və bərabər imkanların təşviqinə yönəlmiş sosial layihələri dəstəkləməyi hədəfləyir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page