top of page

"Azeronline" Heyva Festivalının rəqəmsal tərəfdaşıdır

3 hours ago
1 min read
"Azeronline" is the digital partner of the Quince Festival

"Azeronline LTD" birgə müəssisəsi (BM) noyabrın 7-də Ağdaş şəhərində keçiriləcək Heyva Festivalının rəqəmsal tərəfdaşı kimi çıxış edəcək.

Aparıcı internet provayderlərindən biri olan "Azeronline" festival ərazisinin internetlə təmin etməklə yanaşı, xüsusi stendlə təmsil olunacaq. Festival üçün hazırlanmış "Dünyaya bizimlə bax!" interaktiv stendində ziyarətçilər şirkətin yeni məhsul və layihələri, eləcə də əlavə internet avadanlıqları ilə yaxından tanış ola biləcəklər. Stenddə, həmçinin oyun zonası, hədiyyəli yarışmalar və müxtəlif sürprizlər təqdim olunacaq.

Festival ərazisini yüksəksürətli internetlə təmin etməklə "Azeronline" telemetriya və yerli istehsalçıların rəqəmsallaşmasına xidmət edən digər həllərin təqdimatını dəstəkləyəcək. Şirkət bu tərəfdaşlıqla kənd təsərrüfatında rəqəmsal texnologiyaların inkişafını təşviq etməyi və ölkənin rəqəmsal ekosisteminin güclənməsinə töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, Ağdaş rayonu ərazisi 100% "Azeronline"ın yüksəksürətli fiber-optik internet şəbəkəsi ilə əhatə olunub.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page