top of page

Unibank ağacəkmə kampaniyasında iştirak edib

3 hours ago
1 min read
Unibank participated in a tree-planting campaign

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkənin bank sektorunun nümayəndələri tərəfindən ümumilikdə 2 hektar ərazidə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Memorandum çərçivəsində 10 il ərzində ümumilikdə 1 milyon ağacın əkilməsi nəzərdə tutulur. Təşəbbüsün əsas məqsədi ölkədə yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin qorunmasına uzunmüddətli töhfə verməkdir.

Unibank ekoloji dayanıqlığın dəstəklənməsini sosial məsuliyyət fəaliyyətinin vacib istiqamətlərindən biri hesab edir. Bank ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin artırılmasına xidmət edən təşəbbüslərə dəstəyini bundan sonra da davam etdirməyi planlaşdırır.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page