top of page

İNŞAATÇI FK-YA DƏSTƏK OL!

1 day ago
2 min read

Support "İnşaatçı" FC!

Əziz Sabirabadlılar!

Sabirabad futbolunun köklü adlarından biri olan İnşaatçı FK yenidən böyük hədəflər uğrunda mübarizəyə hazırlaşır. Klubumuz Region Liqasında Sabirabadı layiqincə təmsil etmək, şəhərimizin futbol ənənələrini yaşatmaq və gənc futbolçularımıza öz bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaq üçün dəstəyə ehtiyac duyur.

İnşaatçı FK sadəcə bir futbol klubu deyil — Sabirabad futbolunun bir parçasıdır!

Klubun Region Liqasında iştirakı ilə bağlı forma, inventar, səfərlər, oyunların təşkili, məşqlər və digər zəruri xərclərin qarşılanması üçün maddi dəstəyə ehtiyacımız var.

 

SPONSOR OL, SABİRABAD FUTBOLUNA DƏSTƏK VER!

Sabirabadda fəaliyyət göstərən şirkət, sahibkar, iş adamı və fərdi şəxsləri İnşaatçı FK-ya sponsor və ya dəstəkçi olmağa dəvət edirik.

Sizin dəstəyiniz:

  • Klubun Region Liqasında daha güclü çıxış etməsinə;

  • Futbolçuların lazımi şəraitlə təmin olunmasına;

  • Gənc və istedadlı futbolçuların inkişafına;

  • Sabirabad futbolunun daha yüksək səviyyədə təmsil olunmasına;

  • Şəhərimizin adının futbol meydanlarında tanıdılmasına böyük töhfə verəcək.

 

SPONSORLAR ÜÇÜN

Kluba sponsorluq edən sahibkar və şirkətlər üçün qarşılıqlı əməkdaşlıq imkanları da nəzərdə tutulur.

Sponsorların dəstəyi qarşılığında imkanlardan asılı olaraq:

  • Klubun sosial media paylaşımlarında sponsorun təqdimatı;

  • Oyun və tədbir posterlərində sponsor loqosunun yerləşdirilməsi;

  • Forma və digər klub materiallarında sponsorluğun nümayiş etdirilməsi;

  • Sosial şəbəkələrdə reklam və tanıtım imkanları;

  • Klubun keçirdiyi tədbirlərdə sponsorun adının qeyd olunması;

  • Şirkət və sahibkarların İnşaatçı FK ilə birgə tanıtım layihələrində iştirakı mümkün ola bilər.

 

Sponsorluq yalnız maddi yardım deyil — Sabirabad futbolunun gələcəyinə qoyulan sərmayədir!

  • Birlikdə daha güclü İnşaatçı!

  • Birlikdə daha güclü Sabirabad!

Əgər siz də İnşaatçı FK-nın Region Liqasında çıxışına dəstək olmaq, sponsor olmaq və ya klubla əməkdaşlıq etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

Əlaqə: 050 409 39 93

İNŞAATÇI FK – SABİRABAD

Region Liqasında Sabirabad üçün mübarizə aparırıq!

Sizin dəstəyiniz bizim gücümüzdür!

Gəlin, birlikdə İnşaatçı FK-nı daha böyük zirvələrə daşıyaq!

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page