top of page

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

16 minutes ago
1 min read
“Qoşa saat” at BSU: Students learned the secrets of data management

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının (ABB) tərəfdaşlığı ilə həyata keçirilən “Qoşa saat” layihəsi çərçivəsində tələbələr üçün “Datanın və data keyfiyyətinin idarə edilməsi” mövzusunda təlim təşkil olunub.

BDU-dan bildirilib ki, layihənin əsas məqsədi tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etmələrinə dəstək olmaq, onları müxtəlif sahələrin peşəkarları və müasir əmək bazarının tələbləri ilə tanış etməkdir.

Tədbirdə ABB-nin data sahəsi üzrə analitiki Ümidvar Yusibov məlumatların idarə olunması prinsipləri, sistemləşdirilməsi və təhlili, data keyfiyyətinin qərarvermədəki rolu barədə ətraflı məlumat verib. O, məlumatların dəqiqliyi, tamlığı, ardıcıllığı və etibarlılığının təşkilatların səmərəli fəaliyyəti üçün həlledici əhəmiyyət daşıdığını vurğulayıb.

ABB-nin data sahəsi üzrə məhsul sahibi Həcər Hüseynli isə data keyfiyyətinin idarə edilməsi, məlumatlardan səmərəli istifadə və data əsaslı yanaşmaların biznes proseslərində tətbiqindən bəhs edib. O, keyfiyyətli datanın düzgün analitik nəticələrin əldə olunmasına, iş proseslərinin optimallaşdırılmasına və əsaslandırılmış qərarların qəbuluna təsirini diqqətə çatdırıb.

İnteraktiv müzakirələr şəraitində keçən təlim tələbələrin data sahəsi üzrə biliklərinin genişləndirilməsinə, analitik düşünmə və məlumatlarla işləmək bacarıqlarının inkişafına, həmçinin nəzəri biliklərini təcrübə ilə əlaqələndirmələrinə imkan yaradıb.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page