top of page

Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

22 minutes ago
1 min read
Azercell and AKM launch the “FireWall 2026” hackathon, aimed at developing innovative solutions in the field of cybersecurity

“Azercell” və İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədilə “FireWall 2026” hakatonuna start verilir.

Təşəbbüs gənc mütəxəssisləri, proqramçıları və texnologiya həvəskarlarını real kibertəhlükəsizlik problemlərinin həlli ətrafında bir araya gətirəcək. Hakaton “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində gənclərin praktiki bacarıqlarının inkişafını və ölkədə peşəkar kibertəhlükəsizlik icmasının genişləndirilməsini hədəfləyir.

Hakaton dekabrın 5-6-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçiriləcək. Yarışda 18 və daha yuxarı yaşda olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Seçim mərhələsinin nəticələrinə əsasən hər biri maksimum 5 nəfərədək iştirakçıdan ibarət 10 komanda hakatonda iştirak hüququ qazanacaq. Komandalar kibertəhlükəsizlik, rəqəmsal məlumatların qorunması, risklərin idarə edilməsi və süni intellekt sistemlərinin təhlükəsizliyi ilə bağlı real problemlər üzərində işləyəcəklər. İştirakçılar 24 saat ərzində həllərinin ilkin işlək versiyalarını hazırlamalıdırlar. Məqsəd konkret problemlərin həllinə xidmət edən yeni məhsulların yaradılmasını və mövcud texnoloji həllərin təkmilləşdirilməsini təşviq etməkdir.

Yarışın nəticəsinə əsasən qalib komandalar müvafiq olaraq 4000 manat (I yer), 3000 manat (II yer) və 2000 manat (III yer) məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Kibertəhlükəsizlik sahəsində biliklərini təcrübədə tətbiq etmək, komanda ilə innovativ həll hazırlamaq və öz ideyasını işlək məhsula çevirmək istəyən hər kəsi “FireWall 2026” hakatonunda iştirak etməyə dəvət edirik. Qeydiyyat noyabrın 12-30-də davam edəcək.

İştirak və qeydiyyatla bağlı ətraflı məlumat: “FireWall 2026”

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page