top of page

"Azercell" Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

24 minutes ago
1 min read
Azercell has developed the artificial intelligence skills of 100 teachers in Ganja and Khankendi

"Süni intellektlə müasir məktəb" (SİMM) təşəbbüsü müəllimlərin rəqəmsal bacarıqlarının inkişafını, süni intellektin tədrisə inteqrasiyasını və təhsildə gərəkli texnologiya istifadəsini dəstəkləyir.

SİMM layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib.

Layihəyə müəllimlər tərəfindən böyük maraq göstərilib. Nəticədə, təlimlərdən faydalanan müəllimlərin sayı ilkin hədəfi iki dəfə üstələyib.

Azərbaycan, ingilis və rus dillərində keçirilən sessiyalar süni intellektin tədris prosesində tətbiqinə həsr olunub. Müəllimlər dərs planlarının və tədris materiallarının hazırlanmasında istifadə edə biləcəkləri süni intellekt alətləri ilə tanış olub, onların imkanlarını real tapşırıqlar vasitəsilə sınaqdan keçiriblər. İştirakçılar, həmçinin "Gemini Gems" platforması vasitəsilə fərdi süni intellekt köməkçiləri yaratmağı öyrəniblər.

Təlim proqramında süni intellekt tərəfindən yaradılan məzmunun dəqiqliyinin qiymətləndirilməsi, bunu həyata keçirən alətlərin imkan və məhdudiyyətləri müzakirə olunub. Bu yanaşma müəllimlərdə süni intellektdən yalnız texnoloji vasitə kimi deyil, həm də tənqidi düşüncə və peşəkar qiymətləndirmə resursu kimi istifadə bacarığını inkişaf etdirir.

SİMM layihəsi hazırda növbəti mərhələləri üzrə davam edir. Müəllimdən-müəllimə bilik və təcrübə mübadiləsi modelinə əsaslanan bu yanaşma layihənin əhatə dairəsini genişləndirməyi, pedaqoqlar arasında əməkdaşlığı gücləndirməyi və məktəblərdə davamlı qarşılıqlı öyrənmə və praktiki dəstək mühiti formalaşdırmağı hədəfləyir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page