top of page

“SOCAR Polymer” əməkdaşları Sumqayıtda ekoloji aksiyaya qoşulublar

1 hour ago
1 min read
“SOCAR Polymer” employees have joined an environmental initiative in Sumgayit

“SOCAR Polymer” şirkətinin əməkdaşları “Biz Dünyanı Təmizləyirik” Ümumdünya Aksiya Həftəsi çərçivəsində Sumqayıt şəhərinin sənaye zonasının dənizkənarı ərazisində keçirilən ekoloji aksiyada iştirak ediblər.

Aksiya SOCAR Downstream Management və SOCAR “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə baş tutub.

Təşəbbüsün əsas məqsədi ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, dənizkənarı ərazilərin təmizliyini qorumaq, ekoloji tarazlığın təmin olunmasına töhfə vermək və cəmiyyətdə ekoloji məsuliyyət anlayışını təşviq etmək olub.

Aksiya zamanı iştirakçılar ərazinin tullantılardan təmizlənməsinə dəstək göstərərək ətraf mühitin qorunması istiqamətində birgə səylərə töhfə veriblər.

“SOCAR Polymer” ekoloji məsuliyyət prinsiplərinə sadiq qalaraq ətraf mühitin mühafizəsinə yönələn təşəbbüsləri dəstəkləyir. Şirkət dayanıqlı gələcəyin qurulmasında kollektiv fəaliyyətin və ekoloji məsuliyyətin mühüm rolunu vurğulayır.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page