top of page

QHT yeni layihəsinə start verdi

  • 5 hours ago
  • 1 min read
The NGO launches new project

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılması təşəbbüsləri” adlı layihənin icrasına başlayıb.

Layihənin əsas məqsədi regionlarda məişət tullantılarının idarə olunması istiqamətində həyata keçirilən fəaliyyətləri monitorinq etmək, mövcud vəziyyəti qiymətləndirmək və hesabat sənədi hazırlamaqdır. Eyni zamanda, vətəndaşlar arasında məişət tullantılarının idarə olunması və çeşidlənməsi ilə bağlı geniş maarifləndirmə və təbliğat kampaniyalarının aparılması nəzərdə tutulur.

Layihə çərçivəsində regionlarda yerləşən beş bələdiyyədə maarifləndirici tədbirlər keçiriləcək. Tədbirlər zamanı iştirakçılara məişət tullantılarının düzgün idarə olunmasının yolları, səbəbləri və əhəmiyyəti barədə seminarlar təqdim ediləcəkdir.

Tədbirlərdə 18–50 yaş arası 100 nəfər yerli vətəndaşın, eləcə də dövlət və bələdiyyə qurumlarının əməkdaşlarının iştirakı nəzərdə tutulub. Seminarlar “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin peşəkar ekspertləri tərəfindən keçiriləcək və iştirakçılarla geniş müzakirələr aparılacaqdır.

Monitorinqlər zamanı əldə olunan tədqiqat materialları, foto və video görüntülər əsasında hesabat sənədi hazırlanacaq, daha sonra ictimaiyyətə və müvafiq qurumlara təqdim ediləcəkdir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page