top of page

"PAŞA Sığorta" əməkdaşları ağacəkmə aksiyasında iştirak etdilər

  • 10 hours ago
  • 1 min read
“PASHA Insurance” employees participated in a tree planting campaign

"PAŞA Sığorta" şirkəti 24 aprel 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində təşkil olunan milli ağacəkmə aksiyasına qoşulub. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" çərçivəsində keçirilib.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank və ölkənin bir sıra nüfuzlu maliyyə assosiasiyalarının birgə təşəbbüsü ilə həyata keçirilən aksiya ölkə miqyasında ekoloji tarazlığın bərpasına və yaşıllıq sahələrinin genişləndirilməsinə yönəlib.

Memorandumun strateji məqsədi gələn 10 il ərzində ölkə ərazisində ümumilikdə 1 000 000 ağac əkməkdir. Bu ilin aksiyası çərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilərək həmin hədəfə doğru mühüm bir addım atılıb.

"PAŞA Sığorta" bu təşəbbüsə qoşularaq əməkdaşlarının bilavasitə iştirakı ilə aksiyada aktiv şəkildə iştirak edib və ətraf mühitin qorunmasına öz töhfəsini verib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page