top of page

PAŞA Həyat əməkdaşları korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində Uşaq Evini ziyarət ediblər

  • 3 days ago
  • 1 min read
PASHA Life employees visited the Orphanage as part of their corporate social responsibility initiative

23 may tarixində PAŞA Həyat əməkdaşları korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində Lənkəran 5 saylı Osman Mirzəyev adına Uşaq Evini ziyarət etdilər.

Təşəbbüsün əsas məqsədi uşaqların arzularını gerçəkləşdirmək, onların sevincinə səbəb olmaq və birlikdə unudulmaz vaxt keçirtməkdir. Bildirək ki, ziyarət öncəsi uşaq evində yaşayan 42 uşaq öz istəklərini məktublar vasitəsilə PAŞA Həyat əməkdaşları ilə paylaşdı. Əməkdaşları həmin məktubları diqqətlə oxuyaraq uşaqların arzuladığı hədiyyələri təqdim etdilər.

Tədbirdə PAŞA Həyat komandasından 20 əməkdaş iştirak edərək gün ərzində animatorların iştirakı ilə müxtəlif əyləncəli proqramda uşaqlarla birlikde oyunlar oynadılar.

Bu görüş bir daha göstərdi ki, kiçik bir diqqət və qayğı belə uşaqların yaddaşında böyük sevincə çevrilə bilir.PAŞA Həyat olaraq inanırıq ki, cəmiyyətə dəyər qatmağın ən gözəl yolu paylaşmaq, qayğı göstərməkdir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page