top of page

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

4 hours ago
1 min read
Unibank held financial literacy training for schoolchildren

Unibank maliyyə savadlılığı layihəsi çərçivəsində məktəblilər üçün 31 Oktyabr Beynəlxalq Əmanət Gününə həsr olunmuş təlim təşkil edib.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilati dəstəyi ilə keçirilən tədbirdə 6–7-ci siniflərdə təhsil alan 30 şagird iştirak edib. Məqsəd uşaqlara maliyyə ilə düzgün davranış, pulun idarə olunması və gündəlik həyatda doğru maliyyə qərarlarının verilməsi ilə bağlı ilkin bilik və vərdişlər aşılamaq olub.

Təlim zamanı şagirdlərə pul, əmanət, kredit, xərclərin planlaşdırılması və qənaət mövzularında məlumat verilib. Uşaqlar gəliri necə bölüşdürmək, ehtiyac və istəkləri bir-birindən ayırmaq, xərclərə nəzarət etmək və yığım vərdişi formalaşdırmaq barədə praktiki nümunələr üzərində işləyiblər.

Mövzuların daha rahat mənimsənilməsi üçün müxtəlif oyunlar və interaktiv tapşırıqlardan istifadə olunub. Şagirdlər büdcə bölgüsü, qənaət və maliyyə qərarları ilə bağlı situasiyaları oyun formatında həll edərək öyrəndiklərini praktik şəkildə tətbiq ediblər.

Təlim çərçivəsində uşaqlar üçün Unibank filialına ekskursiya da təşkil olunub. Şagirdlər bankın gündəlik fəaliyyəti ilə yaxından tanış olub, müxtəlif bank prosesləri barədə məlumat alıblar. Xüsusilə pul sayan maşının iş prinsipi uşaqların böyük marağına səbəb olub.

Əmanət Günü ilə bağlı şagirdlərə yığım və əmanətin əhəmiyyəti, pulun düzgün idarə olunması və gələcək üçün maliyyə planlamasının faydaları barədə maarifləndirici məlumatlar təqdim edilib.

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

Unibank maliyyə savadlılığının erkən yaşlardan formalaşmasının gələcəkdə daha düzgün maliyyə qərarlarının verilməsində mühüm rol oynadığını əsas götürərək, bu istiqamətdə maarifləndirici təşəbbüslərini davam etdirir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page