top of page

“Bank of Baku” növbəti ağacəkmə aksiyasını təşkil etdi

41 minutes ago
1 min read
Bank of Baku organized another tree-planting campaign

“Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir” – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən “Bank of Baku” növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb.

“Bank of Baku”nun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 26 oktyabr tarixində Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası baş tutub.

Bankın rəhbər şəxslərinin və əməkdaşlarının iştirak etdiyi aksiyada Bakı-Abşeron bölgəsinin torpaq-iqlim şəraitinə uyğun 100 ədəd Eldar şamı və zeytun ağacları əkilib.

“Bank of Baku”nun hər il ənənəvi olaraq reallaşdırdığı bu aksiyanın məqsədi ölkəmizdə aparılan yaşıllaşdırma işlərinə töhfə vermək, ekoloji məsuliyyət və təbiətə qayğı mədəniyyətinin təşviqinə dəstək olmaqdır.

“Təbiətə Yaxın Bankçılıq” şüarını özünün əsas mesajlarından birinə çevirən bank gələcəkdə də ekoloji maarifləndirməyə, ətraf mühitin qorunmasına və dayanıqlı gələcəyə xidmət edən sosial məsuliyyət layihələrini davam etdirməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, “Bank of Baku” ağacəkmə aksiyaları ilə yanaşı, Xəzər dənizi sahillərinin tullantılardan təmizlənməsi aksiyalarını da təşkil edib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page