top of page

“Rabitəbank” “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

4 hours ago
2 min read
“Rabitabank” celebrated the first anniversary of “Rabita Junior” together with its users

“Rabitəbank” uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən “Rabita Junior” mobil tətbiqi və “Kartmane Junior” “Visa” kartının istifadəyə verilməsinin birinci ildönümünü xüsusi tədbirlə qeyd edib.

Bankın Baş ofisində təşkil olunan tədbirdə məhsullardan aktiv istifadə edən və müxtəlif meyarlar əsasında seçilmiş 10 uşaq valideynləri ilə birlikdə iştirak edib. İnteraktiv və əyləncəli formatda keçirilən görüşün əsas məqsədi uşaqların maliyyə biliklərinin inkişafına dəstək olmaq, onlarda pulun düzgün idarə edilməsi, qənaət və məsuliyyətli xərcləmə vərdişlərini təşviq etmək, eyni zamanda, balaca müştərilərlə birbaşa ünsiyyət qurmaq olub.

Tədbir çərçivəsində uşaqlar üçün maliyyə savadlılığı, məntiqi düşünmə və yaddaşın inkişafına yönəlmiş müxtəlif maarifləndirici oyunlar və interaktiv tapşırıqlar təşkil edilib. Görüş zamanı “Rabita Junior” və “Kartmane Junior” “Visa” kartının funksionallığı, təqdim etdiyi imkanlar və gündəlik istifadəsi ilə bağlı interaktiv sual-cavab sessiyası da keçirilib. İştirakçıların gündəlik istifadə təcrübəsi, məhsulların üstünlükləri, eləcə də gözlənti və təklifləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılara “Rabitəbank” və “Kids station” Əyləncə Mərkəzi tərəfindən xüsusi hədiyyələr təqdim olunub, birinci ildönümü münasibətilə tort kəsilib. Maarifləndirici və əyləncəli anlarla yadda qalan görüş uşaqlar və valideynlər üçün xoş təəssüratlarla başa çatıb.


“Kartmane Junior” Visa kartı və “Rabita Junior” mobil tətbiqi haqqında


“Rabita Junior” mobil tətbiqi və “Kartmane Junior” “Visa” kartı uşaqların maliyyə dünyasına ilk addımlarını daha maraqlı, təhlükəsiz və öyrədici etmək üçün yaradılıb. Bu innovativ həll uşaqlara pullarını idarə etməyi, qənaət etməyi və düzgün maliyyə qərarları verməyi oyunlar, interaktiv tapşırıqlar və mükafatlandırma sistemi vasitəsilə öyrədir. Valideynlər isə övladlarının xərclərini real vaxt rejimində izləyə, limitlər müəyyənləşdirə və onların maliyyə vərdişlərinin formalaşmasına yaxından dəstək ola bilirlər. Beləliklə, “Rabita Junior” və “Kartmane Junior” Visa kartının gündəlik bankçılığı uşaqlar üçün həm əyləncəli, həm də faydalı təcrübəyə çevirir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page