top of page

"Gamesummit" və "OMNI AI Summit" 4000-dən çox ziyarətçini ətrafında topladı

2 hours ago
2 min read
"Gamesummit" and "OMNI AI Summit" brought together over 4,000 visitors

"Azercell"in eksklüziv tərəfdaşlığı ilə keçən sammitlər çərçivəsində oyun sənayesinin inkişafı və süni intellektin praktiki tətbiqi diqqət mərkəzində olub.

"Azercell"in eksklüziv tərəfdaşlığı ilə Bakıda keçirilən "Gamesummit" və "OMNI AI Summit" beynəlxalq texnologiya şirkətlərinin nümayəndələrini, ekspertləri və sahibkarları bir araya gətirib. Sammitlərdə xüsusi stendlə təmsil olunan "Azercell" ziyarətçiləri rəqəmsal məhsullar portfeli çərçivəsində yeni təqdim etdiyi oyun xidmətləri ilə tanış edib.

Ümumilikdə 4 000-dən çox ziyarətçinin qatıldığı tədbirlərdə 30-dan artıq şirkət təmsil olunub. "Google", "Xsolla", "Microsoft"/"Xbox", "BytePlus", "Wonderful AI" və digər beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə oyun sənayesinin gələcəyi, texnologiya sahəsində aktual tendensiyalar və süni intellekt həllərinin biznes proseslərində tətbiqi müzakirə edilib.

Tədbirin açılışında çıxış edən "Azercell"in Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova oyun xidmətləri və süni intellektin şirkətin rəqəmsal inkişaf strategiyasında mühüm yer tutduğunu vurğulayıb:

"Bu gün "Azercell"in hədəfi ənənəvi rabitə xidmətləri ilə yanaşı, müştərilərə yeni imkanlar qazandıran innovativ rəqəmsal həllər təqdim etməkdir. Süni intellekt və oyun xidmətləri bu strategiyanın mühüm istiqamətlərindəndir. Məqsədimiz müştəri təcrübəsini zənginləşdirmək və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verməkdir".

"Azercell"in Rəqəmsal əlavə dəyər xidmətləri və tərəfdaşlıqlar şöbəsinin rəhbəri Nərgiz Tağızadə "Xsolla", "Burson", "Recontact Games" və "Meridian Play" şirkətlərinin nümayəndələri ilə birgə "İllüziyadan reallığa: oyun studiyaları üçün qlobal genişlənmə və dayanıqlı böyümə strategiyaları" adlı panel müzakirəsində iştirak edib. O, oyun tərtibatçıları və müstəqil studiyaların Azərbaycan bazarına çıxışında "Azercell"in təqdim edə biləcəyi dəstək və tərəfdaşlıq imkanlarından danışıb, oyunların yerli dilə, mədəniyyətə və istifadəçi gözləntilərinə uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayıb. Nərgiz Tağızadə, həmçinin "Azercell"in 2026-cı ildən istifadəyə verdiyi oyun həlləri portfeli barədə məlumat paylaşıb. Bu çərçivədə o, ölkədə mobil balans vasitəsilə "Steam" hesabının artırılması imkanını təqdim edən ilk və yeganə operator olaraq "Azercell"in təcrübəsindən, eləcə də "Azercell" tətbiqində istifadəyə verilən "Oyun Portalından" danışıb.

Qeyd edək ki, "OMNI AI Summit" çərçivəsində "Starnest Academy AI Hakatonu" da keçirilib. 500-dən çox iştirakçını bir araya gətirən hakatonda 250 komanda süni intellekt əsaslı məhsul və həllər üzərində çalışıb. Yarış süni intellektin praktiki tətbiqini təşviq etmək və yeni texnoloji ideyaların inkişafına imkan yaratmaq məqsədilə təşkil olunub.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page