top of page

"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib

  • 10 hours ago
  • 1 min read
Another book presentation was held in Ankara with the support of "PASHA Life Insurance"

30 iyun tarixində Türkiyənin Ankara şəhərində PAŞA Həyat Sığorta və İrs nəşriyyat evinin növbəti kitab təqdimatı tədbiri baş tutub. Layihə çərçivəsində nəşr olunan "Azərbaycan Yeni dönəm" adlı kitab türkdilli oxuculara təqdim edilib.

Bu nəşr artıq layihə çərçivəsində türk dilində işıq üzü görən 6-cı kitab olmaqla, Azərbaycan və Türkiyə arasında elm, təhsil və mədəni əməkdaşlığın inkişafına, eləcə də Azərbaycan müəlliflərinin və intellektual irsinin daha geniş auditoriyaya çatdırılmasına töhfə verir.

Milli kitabxanada keçirilən təqdimatda PAŞA Həyat Sığorta-nın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, İrs nəşriyyat evinin baş redaktoru Musa Mərcanlı, Azərbaycanın Türkiyədəki səfiri, akademik ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak edərək nəşrin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

"PAŞA Həyat Sığorta" təhsil, elm və mədəniyyət sahələrində təşəbbüslərin dəstəklənməsini korporativ sosial məsuliyyətinin əsas istiqamətlərindən biri hesab edir və bu sahədə layihələrin davamlı icrasına töhfə verir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page