top of page

KPMG Azərbaycan və Azərbaycan Dəmir Yolları (ADY) Lökbatanda təmizlik aksiyası keçiriblər

22 minutes ago
1 min read
KPMG Azerbaijan and Azerbaijan Railways (ADY) conducted a cleanup campaign in Lokbatan

KPMG Azərbaycan və Azərbaycan Dəmir Yolları (ADY) korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində “Yollarımız dəmir, izlərimiz təmiz” şüarı altında Lökbatanda təmizlik aksiyası keçiriblər.

Hər iki şirkətdən 100-dən çox əməkdaşın iştirak etdiyi aksiya zamanı dəmir yolu ərazilərindən plastik və polietilen kimi məişət tullantıları toplanıb ki, bu da təhlükəsizlik risklərinin azaldılmasına və ətraf mühitin qorunmasına xidmət edib. Toplanmış tullantılar müvafiq qaydada utilizasiya olunmaq üçün təhvil verilib.

Bu təşəbbüs cəmiyyətimiz üçün daha təmiz və təhlükəsiz mühitin yaradılmasında əməkdaşlığın və ortaq məsuliyyətin vacibliyini bir daha sübut edir.

Bu təşəbbüsdə ADY ilə birgə iştirak etməkdən qürur duyur, öz vaxtını və enerjisini bu faydalı işə sərf edən bütün həmkarlarımıza təşəkkür edirik.

KPMG olaraq inanırıq ki, real dəyişiklik konkret addımlarla başlayır və atılan hər bir addım önəmlidir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page