top of page

IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə növbəti təlim proqramı təşkil olunub

1 hour ago
1 min read
Another training program on "Responsible Ecotourism Guiding" has been organized at the initiative of IDEA

IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının birgə əməkdaşlığı ilə ekoloji məsuliyyətli turizm prinsiplərinə uyğun fəaliyyət göstərən tur operatorları və ekoturizm bələdçiləri üçün növbəti təlim sessiyaları təşkil olunub.

Üçgünlük proqramı əhatə edən təlim ölkəmizdə ekoturizmin inkişafına dəstək vermək, milli parklar və digər xüsusi mühafizə olunan təbiət ərazilərində fəaliyyət göstərən bələdçilərin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.

IDEA-nın ətraf mühit üzrə ekspertlərinin metodiki tövsiyələri əsasında tərtib olunan təlim proqramı ekoloji davranış və məsuliyyətli turizm qaydalarının tətbiqi, təbiətin mühafizəsi, biomüxtəlifliyin qorunması, turizm sektorunda fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi və turistlərin ekoloji məsuliyyətinin daha da artırılmasına yönəlmiş müxtəlif mövzuları əhatə edib.

Artıq ikinci dəfə təşkil olunan təlim proqramını və biliklərin qiymətləndirilməsi mərhələsini müvəffəqiyyətlə başa vuran 28 iştirakçıya sertifikat təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr həm yerli, həm də beynəlxalq səviyyədə ekoloji çağırışlara yönələn dayanıqlı mexanizmlərin formalaşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. IDEA tərəfindən ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin zənginləşdirilməsi, yaşıllıqların artırılması və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımlar, xüsusilə Xəzər dənizi və ölkəmizdə biomüxtəlifliyin qorunması üzrə həyata keçirilən layihələr ardıcıl xarakter daşıyır. Bu təşəbbüslər cəmiyyətin, xüsusilə gənc nəslin ekoloji maarifləndirilməsi vasitəsilə ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasına və ekosistemin gələcək nəsillər üçün qorunub-saxlanılmasına xidmət edir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page