AFFA gənc futbolçular üçün yeni layihələr təqdim etdi
18 minutes ago
1 min read

AFFA-nın match.affa.az və @AFFA.istedadlar sosial media layihəsi ictimaiyyətə təqdim olunub.
Mərasimdə AFFA rəhbərliyi və rəsmi şəxslər iştirak edib.
Media nümayəndələrinin iştirak etdiyi tədbirdə təqdimat zamanı milli assosiasiyanın reallaşdırdığı rəqəmsal layihələr, eləcə də gənc futbolçuların inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ardınca təqdimata həsr olunan videoçarx nümayiş etdirilib.
Bildirək ki, match.affa.az internet səhifəsində gənclər futbolu, müxtəlif yarışlar və inkişafla bağlı məqalələr yerləşdiriləcək. Sayt vasitəsilə, həmçinin AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi çempionatlar haqqında məlumat əldə etmək mümkün olacaq.




Comments