top of page

PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı

  • 1 day ago
  • 1 min read
“AI for Good” project supported by PASHA Bank wraps up

PAŞA Bank və Div Academy-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “AI for Good” süni intellekt təlim proqramı uğurla yekunlaşdı.Valideyn himayəsindən məhrum olmuş 18–23 yaşlı gənclərin rəqəmsal bacarıqlarının inkişafını hədəfləyən proqramda iştirak üçün 457 müraciət arasından seçilən 20 gənc 3 ay ərzində süni intellekt sahəsində nəzəri və praktiki biliklər əldə edib. Təlim müddətində iştirakçılar müxtəlif layihələr üzərində çalışaraq əldə etdikləri bilikləri real tapşırıqlar üzərində tətbiq etmək imkanı qazanıblar.

PAŞA Bank əməkdaşlarının iştirakı ilə inkişaf sessiyaları təşkil olunub. Bankın müxtəlif istiqamətlər üzrə peşəkarları yumşaq bacarıqlar, layihələrin idarə edilməsi, şəxsi və korporativ brendinq, rəqəmsal marketinq, strateji kommunikasiyalar və böhran idarəetməsi mövzularında seminarlar keçiriblər. Bu sessiyalar gənclərin həm peşəkar, həm də şəxsi inkişafına töhfə verib.

Bank üçün insan kapitalının inkişafı və gənclərin potensialının dəstəklənməsi sosial məsuliyyət fəaliyyətinin əsas istiqamətlərindəndir. “AI for Good” layihəsi də məhz bu yanaşmanın davamıdır. PAŞA Bank gələcəkdə də təhsil, inkişaf və innovasiyanı təşviq edən layihələrə dəstəyini davam etdirəcək.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page