top of page

“OBA” Ramazan ayının sevincini qonşular və uşaqlarla bölüşüb

  • 6 days ago
  • 1 min read
"OBA" shared the joy of Ramadan with neighbors and children

Bu il fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi “Qonşuluqda 10 iz” layihəsi çərçivəsində “Ramazan bərəkəti OBA-dadır” adlı korporativ sosial məsuliyyət layihəsini həyata keçirib. Layihə çərçivəsində “OBA” Ramazan sevincini qonşular və uşaqlarla bölüşüb.

Ramazan ayı paylaşmağın, həmrəyliyin və mənəvi dəyərlərin daha da ön plana çıxdığı xüsusi bir dövrdür. Bu müqəddəs günlərdə “OBA” marketlər şəbəkəsi həyata keçirdiyi sosial məsuliyyət təşəbbüsü ilə Ramazan sevincini müxtəlif ünvanlarda insanlarla paylaşıb.

Layihə çərçivəsində hazırlanan isti və ləzzətli yeməklər bir neçə gün ərzində iftar ərəfəsində ehtiyacı olan insanlara təqdim olunub. Təşəbbüsün əsas məqsədi yalnız süfrələrə deyil, eyni zamanda qəlblərə də toxunmaq, Ramazan ayının birlik, mərhəmət və paylaşma ruhunu daha geniş şəkildə yaşatmaq olub.

Sosial layihə çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyi və "Mehriban” Qadınlara Yardım İctimai Birliyi də ziyarət edilib. Qadın və uşaqlarla keçirilən görüşlər, onlarla Ramazan sevincinin bölüşülməsi layihənin ən təsirli və yaddaqalan məqamlarından biri olub.

Təşəbbüsün həyata keçirilməsində “OBA” marketlər şəbəkəsi ilə yanaşı, “Siyəzən” markası və şəxsi markalardan biri olan “Aləmşah” düyüsü də iştirak edib. Tərəfdaşların birgə dəstəyi sayəsində daha çox insana çatmaq və daha çox sevinc paylaşmaq mümkün olub.

“OBA” marketlər şəbəkəsi bundan sonra da cəmiyyətə fayda verən, insanları bir araya gətirən və mənəvi dəyərləri yaşadan layihələri davam etdirməyi qarşısına məqsəd qoyub.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page