top of page

“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü

  • 2 days ago
  • 1 min read
"OBA" launches "Qonşu payı" initiative on the occasion of Eid al-Adha

Fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” Marketlər şəbəkəsi “Qonşuluqda 10 iz” silsilə KSM layihələri çərçivəsində növbəti sosial təşəbbüsünü həyata keçirib.

Müqəddəs Qurban bayramı münasibətilə baş tutan “Qonşu payı” təşəbbüsü çərçivəsində şəhid ailələri, aztəminatlı ailələr və sağlamlıq imkanları məhdud olan şəxslər ziyarət edilib. Ziyarət zamanı ailələrə bayram sovqatı olaraq ərzaq qutuları və “OBA” hədiyyə kartları təqdim olunub.

Layihənin əsas məqsədi bayramın paylaşma, birlik və həmrəylik dəyərlərini yaşatmaq, eyni zamanda, sosial həssaslığı ilə seçilən qonşularımızın yanında olmaqdır.

Qonşularımız bizim üçün hər zaman qayğını, paylaşmağı və birliyi yaşatdığımız ən dəyərli bağdır.

Ölkənin dörd bir yanında 1800-dən çox mağazası ilə müştərilərə yorulmadan xidmət göstərən “OBA” Marketlər şəbəkəsi bundan sonra da 10 illik fəaliyyəti çərçivəsində cəmiyyətə fayda verən sosial layihələri davam etdirəcək.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page