top of page

Nigar Həsənli: "Cəmiyyətdəki gender stereotipləri süni intellektə də ötürülür"

  • 7 hours ago
  • 2 min read
Nigar Hasanli: "Gender stereotypes in society are also being transferred to artificial intelligence"

Cəmiyyətdə mövcud olan gender stereotipləri süni intellekt sistemlərinin yaratdığı nəticələrdə də özünü göstərir.

Bunu "Matrix Academy"nin "Girls Code" layihəsinin rəhbəri Nigar Həsənli "TechSHEroes IV" tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, süni intellekt alətlərində "proqramçı" obrazı yaradılarkən əksər hallarda kişi təsvirləri təqdim olunur:

"Claude, ChatGPT və digər süni intellekt alətlərinə proqramçı şəkli yaratmaq tapşırığı verdikdə qarşımıza əsasən kompüter arxasında əyləşmiş kişilər çıxır. Bunun səbəbi odur ki, AI bizdən öyrənir. Cəmiyyətdə mövcud olan peşə stereotipləri rəqəmsal mühitə də ötürülür".

Nigar Həsənli qeyd edib ki, aparılan araşdırmalara əsasən proqramlaşdırma ilə bağlı yaradılan vizualların 93%-də kişilər təsvir olunur: "Shutterstock" platformasının statistikalarına görə isə İT və texnologiya sahəsinə aid 210 mindən çox vizualın cəmi 14 minində qadınlar yer alır".

O əlavə edib ki, "Stanford Graduate School of Business"in araşdırmasına əsasən, 3 mindən çox peşə və sosial rolla bağlı şəkil, eləcə də milyonlarla Google News məlumatı təhlil edilib:

"Nəticələr göstərir ki, texnologiya və süni intellektlə bağlı peşələrdə əsasən kişilər, qadınlar isə daha çox xidmət və sosial sahələrdə təmsil olunur".

"Girls Code" layihəsinin rəhbəri bildirib ki, layihə artıq 8 ildir korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirilir:

"Bu müddətdə layihələrimizə 20 mindən çox müraciət daxil olub, 100-dən artıq tədbir təşkil etmişik və 700-dən çox qadının rəqəmsal sahədə təhsil almasına dəstək vermişik. Məzunlarımızın 85%-i hazırda Azərbaycanın aparıcı şirkətlərində və beynəlxalq təşkilatlarda çalışır".

Nigar Həsənli vurğulayıb ki, layihə çərçivəsində indiyədək üç "TechSHEroes" tədbiri keçirilib, bu tədbirlərdə ümumilikdə 500-dən çox iştirakçı və 15-dən artıq sahə mütəxəssisi iştirak edib.

Onun sözlərinə görə, Matrix Academy İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə birlikdə regionlarda yaşayan qadınlar üçün UI/UX dizayn və data analitikası üzrə təlimlər keçirib, Azərbaycan Uşaqları İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində isə fiziki məhdudiyyətli və zorakılığa məruz qalmış yeniyetmələrin proqramlaşdırma bacarıqlarının inkişafına dəstək verir.

Nigar Həsənli qeyd edib ki, hazırda Rabitəbank ilə birgə həyata keçirilən "She Codes AI" layihəsində seçilmiş 100 qadın generativ süni intellekt və AI engineering istiqamətində təhsil alır. O əlavə edib ki, Matrix Academy ali təhsil müəssisələri ilə əməkdaşlığı da genişləndirir və xüsusilə UNEC-də həyata keçirilən "Code Camp" layihəsi çərçivəsində yüzlərlə müraciət qəbul olunub, onlarla iştirakçı məzun olub. Bununla yanaşı, universitet müəllimləri də süni intellekt, prompt engineering, SQL və deep learning istiqamətlərində ixtisasartırma təlimlərinə cəlb olunurlar.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page