"Natura" meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
- 4 hours ago
- 1 min read

Qəbələ Konserv Zavodu və "Ümidlə Gəl" Xeyriyyə Cəmiyyəti tərəfindən həyata keçirilən birgə sosial layihə çərçivəsində "Natura" meyvə şirələrinin dəstəyi ilə fiziki məhdudiyyətli uşaqlar üçün pizza, rəsm, dulusçuluq və s. master-klaslarına start verilib. Layihə çərçivəsində il sonunadək ümumilikdə 500 uşağın müxtəlif vaxtlarda təşkil olunan master-klaslarda iştirakı nəzərdə tutulur.
Keçirilən ilk master-klas zamanı uşaqlar pizza hazırlanmasının mərhələləri ilə yaxından tanış olub, öz pizzalarını hazırlayaraq maraqlı və əyləncəli vaxt keçiriblər. Tədbir iştirakçıları həm yeni bacarıqlar əldə edib, həm də birgə fəaliyyətlər vasitəsilə ünsiyyət və komanda işi təcrübəsi qazanıblar.
Layihənin əsas məqsədi fiziki məhdudiyyətli uşaqların sosial inteqrasiyasına dəstək olmaq, onların gündəlik həyatına sevinc qatmaq və özlərini daha rahat ifadə edə biləcəkləri mühit yaratmaqdır. Master-klaslar zamanı uşaqların maraq və ehtiyaclarına xüsusi diqqət göstərilir, onlar üçün təhlükəsiz və səmimi atmosfer formalaşdırılır.
İlin sonunadək davam edəcək tədbirlər çərçivəsində uşaqlar müxtəlif qruplar şəklində master-klaslara qatılacaq, proseslərdə yaxından iştirak edəcək və yeni dostluqlar qurmaq imkanı əldə edəcəklər. Layihə uşaqların sosial aktivliyinin artırılmasını və onlarda özünəinam hissinin güclənməsini hədəfləyir.
"Novex Group"a daxil olan Qəbələ Konserv Zavodu sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyət üçün faydalı təşəbbüslərə dəstəyini davam etdirir və gələcəkdə də uşaqların inkişafına yönəlmiş layihələrdə aktiv iştirak etməyi planlaşdırır.
Source of the news: https://oxu.az/digar/natura-meyve-sireleri-daha-bir-sosial-layihenin-teskilatcisi-oldu




Comments