top of page

Narın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

  • Mar 20
  • 1 min read
New season of Brain Ring intellectual games is kicked off with the support of Nar

Narın dəstəyi ilə keçirilən “Breyn Rinq” intellektual yarışının 27-ci mövsümünə start verilir. Yeni mövsümdə ölkənin müxtəlif regionlarını və ali təhsil müəssisələrini təmsil edən komandalar biliklərini sınayacaq. Belə ki, 15 region və 10 universitetdən ümumilikdə 26 komanda iştirak edəcək. Yarışın yeni mövsümünün ilk buraxılışını 22 mart saat 17:00-da İctimai Televiziyada izləyə bilərsiniz.

Yarışın qaydalarına əsasən, mövsüm ərzində komandalar Nar Kuboku uğrunda mübarizə aparacaqlar. Mart, aprel, may və iyun aylarının çempion komandaları isə mövsümün həlledici mərhələsinə vəsiqə qazanacaq. Böyük Final oyunu 5 iyul tarixində keçiriləcək və mövsümün qalibi məhz bu oyunda müəyyənləşəcək.

Qeyd edək ki, elm və təhsilin təşviqi Narın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir. Mobil operator müxtəlif layihələr vasitəsilə gənclərin intellektual inkişafını dəstəkləyir və onların potensialını üzə çıxarmağa töhfə verir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page