top of page

Könüllü qanvermə aksiyası keçiriləcək

9 hours ago
1 min read
A voluntary blood donation drive will be held

27 Sentyabr - Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə könüllü qanvermə aksiyası təşkil olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı, “Marsol Group” və “Məlhəm Beynəlxalq Hospital”ın tərəfdaşlığı ilə 23-25 sentyabr tarixlərində keçiriləcək aksiyaya sahibkarlar və şirkət əməkdaşları, eləcə də hər bir şəxs könüllü qoşula bilər.

Qanvermə aksiyası aşağıdakı ünvanlarda təşkil olunacaq:

- Lənkəran-Astara iqtisadi rayonu üzrə 23 sentyabrda Lənkəran şəhərində (Ünvan: Respublika Qan Bankı PHŞ Lənkəran bölməsi);

- Quba-Xaçmaz iqtisadi rayonu üzrə 24 sentyabrda Quba şəhərində (Ünvan: Respublika Qan Bankı PHŞ Quba bölməsi);

- Şəki-Zaqatala iqtisadi rayonu üzrə 24 sentyabrda Şəki şəhərində (Ünvan: Respublika Qan Bankı PHŞ Şəki bölməsi);

- Bakı şəhəri üzrə 25 sentyabrda “Bakı KOB evi”ndə, Respublika Qan Bankında və Məlhəm Beynəlxalq Hospitalında.

Aksiya çərçivəsində tədarük olunacaq qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, “Bir damla qan, min ümidə can” devizi ilə qanvermə aksiyasında ötən il 800-ə yaxın şəxs qan verərək xeyirxah təşəbbüsə dəstək olub.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page