top of page

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II “Mini-MBA” proqramı yekunlaşdı

25 minutes ago
2 min read
The 2nd “Mini-MBA” program, organized by ADA University and Bank of Baku, has concluded

ADA Universiteti və Bank of Baku-nun uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən “Mini-MBA” Proqramının 2-ci mərhələsi də yekunlaşıb.

ADA Universitetində keçirilən Məzun Gününə Bank of Baku-nun və UUniversitetin rəhbər heyəti, ekspert heyəti, eləcə də proqram iştirakçıları qatılıblar.

Qeyd edək ki, bank sektorunda ilk dəfə Bank of Baku üçün təşkil edilən proqram 6 ay boyunca davam edib və 80 saatlıq proqramda Bank of Baku-nun 25 rəhbər əməkdaşı təhsil alıb. ADA Universiteti tərəfindən xüsusi olaraq hazırlanmış “Mini-MBA” proqramı Maliyyə İdarəetməsi, Marketinq və Biznes analitikası da daxil olmaqla bank sektorunun əsas sahələrini əhatə edib. Əsas məqsəd rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə və qərar qəbul etmə, eləcə də liderlik, ünsiyyət və problem həll etmə bacarıqlarını gücləndirməkdir.

Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov nəzəriyyə və praktikanı tarazlı şəkildə birləşdirən proqram çərçivəsində iştirakçılara həm Universitet müəllimlərinin, həm də biznes dünyasının təcrübəli ekspertlərinin öz biliklərini ötürdüyünü vurğulayıb. Təlim prosesinin interaktiv mühitdə qurulduğunu və iştirakçıların fəal müzakirələrə qatıldığını xüsusi diqqətə çatdırıb. O, həmçinin ADA Universiteti ilə “Bank of Baku” arasında formalaşmış səmərəli əməkdaşlığın qarşıdakı dövrdə də uğurla davam edəcəyinə inandığını bildirib.

Tədbirdə çıxış edən Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev ADA Universiteti ilə həyata keçirilən bu proqramın səmərəsini yüksək qiymətləndirərək qeyd edib ki, hər bir şirkətin uğurunun təməlində peşəkar və daima inkişaf edən insan kapitalı da dayanır. ADA Universiteti ilə birgə həyata keçirilən proqramı bu baxımdan strateji sərmayə kimi dəyərləndirə bilərik. Burada qazanılan bilik və təcrübələrin gələcəkdə qazanacağımız uğurlara öz töhfəsini verəcəyinə inanırıq.


 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page