“Xoşbəxtlik Çantası” layihəsində daha bir yaddaqalan mərhələ geridə qaldı

Şirkətimiz tərəfindən layihə çərçivəsində Qrız, Qalaxudat və Əlik kənd məktəblərində müasir avadanlıqlarla təmin edilib, sinif otaqları yenilənib və uşaqlar daha funksional, daha əlverişli təhsil mühitinə qovuşublar. Ardınca 7 ay ərzində 3 məktəbdən 55 şagird üçün onlayn ingilis dili dərsləri təşkil edildi. Tədris proqramının sonunda şagirdlər səviyyə imtahanlarında iştirak etdilər və proqramı uğurla tamamlayan şagirdlər "Məzun Günü" tədbirində sertifikatlarla təltif olundular.
Məzun gününün ikinci hissəsi isə tamamilə əyləncəyə həsr olundu. Müxtəlif oyunlar, sehrbazın çıxışı, şirin pambıq və uşaqlar üçün hazırlanan rəngarəng proqram günə xüsusi sevinc qatdı. Sonda markalarımızın təqdim etdiyi hədiyyələrlə bu gözəl günü xoş xatirələrlə tamamladıq.




Comments