"KitKat" fasiləsindən tribunaya: Kampaniya qalibləri "Formula-1(R)" həyəcanını canlı yaşadılar

Bu payız "KitKat" "Formula-1(R)" həyəcanını Azərbaycandakı azarkeşlərə daha da yaxınlaşdırdı. Brendin keçirdiyi kampaniyanın üç qalibi Bakıda baş tutan Azərbaycan yarışını tribunadan canlı izləmək və "Formula-1(R)" atmosferini yerində yaşamaq imkanı qazandı.
Aktivasiya "KitKat" və "Formula-1(R)" arasında motorsport həvəskarları üçün unudulmaz təcrübələr yaratmaq məqsədilə iki ikonik brendi bir araya gətirən rəsmi tərəfdaşlıq çərçivəsində həyata keçirilib. "KitKat" "Formula-1(R)"in Rəsmi Şokoladıdır.
"KitKat" və "Formula-1(R)" arasındakı rəsmi tərəfdaşlıq dünyanın müxtəlif ölkələrində istehlakçı aktivliklərini, promo hədiyyələri və azarkeşlər üçün immersiv təcrübələri əhatə edir.
Yerli kampaniya çərçivəsində iştirakçılar "KitKat" qablaşdırmalarını toplayaraq kampaniyaya qoşulurdular. Mexanikanın əsas elementlərindən biri interaktiv "Formula-1(R)" "Lights Out" reaksiya sınağı idi. Bu sınaq yarış startında pilotların yaşadığı anı təqlid edirdi: tras üzərindəki beş qırmızı işıq söndüyü anda iştirakçı mümkün qədər sürətli reaksiya verməli idi. Yarış biletlərindən ibarət əsas mükafatla yanaşı, iştirakçılar "KitKat" və "Formula-1(R)" birgə brendinqli hədiyyələr də qazana bilirdilər.
Kampaniya nəticəsində Azərbaycandan üç qalib müəyyənləşdi - Fərid Əsədzadə, Aygün Əsgərova və Zibeydə İsmayılova. Şəhərin mərkəzində yerləşən küçə trası - Bakı Şəhər Halqasında onlar ilin ən çox gözlənilən idman tədbirlərindən birini minlərlə tamaşaçı ilə birlikdə canlı izlədilər.




Comments