top of page

“EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min manat pul mükafatı təqdim edib

12 hours ago
1 min read
“EDU Company” has awarded a cash prize of 20,000 manat to its high-achieving university applicants

“EDU Company” Təhsil Şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetində yüksək nəticə göstərən abituriyentlərinin təltifetmə mərasimini keçirib.

Tədbirdə universitetə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər, onların valideynləri, həmin ali təhsil müəssisəsinin nümayəndələri və “EDU Company”nin rəhbər heyəti daxil olmaqla, 200-ə yaxın qonaq iştirak edib.

Tədbirin əsas diqqətçəkən məqamı yüksək nəticə göstərən abituriyentlərə topladıqları bal qədər pul mükafatının təqdim edilməsi olub. Belə ki, “EDU Company” tərəfindən təltifolunma məbləği olaraq, uğurlu abituriyentlərə ümumilikdə 20 min manat ayrılıb.

Tədbirdə çıxış edən “EDU Company” Təhsil Şirkətinin təsisçisi və baş direktoru Samir Əzizov gənclərin akademik uğurlarının qiymətləndirilməsinin və onların gələcək inkişafının dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. O, yüksək nəticələrin əldə olunmasında abituriyentlərin əzmkarlığı ilə yanaşı, müəllimlərin zəhmətinin və valideynlərin dəstəyinin mühüm rol oynadığını qeyd edib.

Daha sonra təltifetmə mərasimi keçirilib. 600-dən yuxarı bal toplayan abituriyentlər səhnəyə dəvət edilərək, pul mükafatları ilə təltif olunublar. Valideynlərin də iştirak etdiyi mərasim gənclərin uğurlarının birgə qeyd olunması baxımından xüsusi əhəmiyyət daşıyıb.

2013-cü ildən fəaliyyət göstərən “EDU Company” Təhsil Şirkəti 700-dən çox əməkdaş heyəti ilə 20-yə yaxın filialda bütün yaş qruplarına aid təhsilin bütün sahələrində təşkil etdiyi kurslar, həyata keçirdiyi layihələr və təşəbbüslərlə gənclərin bilik və bacarıqlarının inkişafına, akademik nailiyyətlərinin dəstəklənməsinə töhfə verməyə davam edir.

“EDU Company” Təhsil Şirkətinin saytına link vasitəsilə daxil ola bilərsiniz.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page