top of page

“Carlsberg Azerbaijan” və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

6 hours ago
1 min read
A Memorandum of Cooperation has been signed between “Carlsberg Azerbaijan” and the Azerbaijan Technological University

“Carlsberg Azerbaijan” şirkəti ilə Azərbaycan Texnologiya Universiteti arasında tələbələrin peşəkar inkişafını dəstəkləmək və təhsillə biznes sektoru arasında əlaqələri gücləndirmək məqsədilə Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum tələbələrin karyera inkişafına dəstəyi, bilik mübadiləsini və karyera görüşlərinin təşkilini, eləcə də onların şirkətdə mövcud təcrübə proqramları və açıq vakansiyalar üçün nəzərdən keçirilməsi imkanlarını əhatə edir.

Memorandum Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində “Carlsberg Azerbaijan” şirkətinin dəstəyi ilə yenilənmiş mühazirə otağının açılışı çərçivəsində imzalanıb. Bu təşəbbüs şirkətin universitetlərlə əməkdaşlığını genişləndirmək, gənclərin bilik və bacarıqlarının inkişafına dəstək göstərmək və gələcək mütəxəssislərlə əlaqələri gücləndirmək istiqamətində atdığı addımlardan biridir.

Layihə çərçivəsində mühazirə otağında yenilənmə işləri aparılıb, auditoriya elektron interaktiv lövhə, məlumatlandırıcı stendlər və zəruri tədris ləvazimatları ilə təchiz edilib. Məlumatlandırıcı stendlərdə “Carlsberg”in tarixi və pivə istehsalında elmi tədqiqatların mühüm rolu təqdim olunur. Yenilənmiş məkan tələbələr üçün daha müasir və rahat tədris mühitinin yaradılmasına xidmət edir.

“Carlsberg Azerbaijan”ın gənclərin inkişafına yanaşması yalnız təhsil dövründə dəstəklə məhdudlaşmır. Şirkət istedadların inkişafını mərhələli və uzunmüddətli proses kimi nəzərdən keçirir - staj proqramlarından başlayaraq əməkdaşların bilik və təcrübələrini artırmalarını, peşəkar bacarıqlarını inkişaf etdirmələrini və karyera yüksəlişi üçün yeni imkanlar əldə etmələrini əhatə edən davamlı inkişaf yolunu dəstəkləyir. Bu yanaşma şirkətin gələcək kadr potensialının formalaşdırılmasına və əməkdaşların inkişafına yönəlmiş istedadların inkişafı və karyera yüksəlişi strategiyası prinsipinə əsaslanır. Universitetlərlə əməkdaşlıq isə tələbələrə bu inkişaf imkanları ilə daha erkən tanış olmaq və gələcək peşəkar yollarını planlaşdırmaq üçün şərait yaradır.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page