top of page

“Avromed” şəhid övladları üçün tədbir keçirdi

12 hours ago
1 min read
“Avromed” held an event for the children of martyrs

Ölkənin aparıcı əczaçılıq şirkətlərindən olan “Avromed Company” MMC 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları üçün xüsusi master-klas təşkil edib.

Tədbir “YAŞAT” Fondunun dəstəyi və təşkilati tərəfdaşlığı ilə həyata keçirilib.

Layihənin əsas məqsədi qəhrəman şəhidlərimizin əmanəti olan uşaqlara bayram əhval-ruhiyyəsi bəxş etmək, onların yaradıcılıq qabiliyyətlərinin və dünyagörüşlərinin inkişafına dəstək olmaqdır.

Tədbir çərçivəsində uşaqlar peşəkar təlimçilərin rəhbərliyi ilə müxtəlif interaktiv və əyləncəli yaradıcılıq işlərində iştirak edib, öz əl işlərini ərsəyə gətiriblər. Şən və səmimi atmosferdə keçən master-klas boyunca uşaqlar həm yeni bacarıqlar qazanıb, həm də unudulmaz anlar yaşayıblar.

Proqramın sonunda “Avromed Company” tərəfindən iştirakçıların hər birinə xüsusi hazırlanmış hədiyyələr təqdim olunub.

Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələrinə və övladlarına diqqət yetirmək şirkətin korporativ sosial məsuliyyət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Şirkət bundan sonra da “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində bu qəbildən olan sosial layihələri davam etdirməyi hədəfləyir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page