top of page

Dünyasəviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək

  • 2 days ago
  • 1 min read
World-class robotics competition to be held in Azerbaijan for the first time

"Azercell"in dəstəyi ilə gənclər "RobotChallenge" beynəlxalq yarışında mübarizə aparacaqlar.

13-14 iyun 2026-cı il tarixlərində "Azercell"in dəstəyi ilə dünyanın nüfuzlu robototexnika və texnologiya müsabiqələrindən biri olan "RobotChallenge"-in Azərbaycan üzrə ilk yerli mərhələsi keçiriləcək. "RobotChallenge Azerbaijan 2026" Bakı Kristal Zalında baş tutacaq.

Əsası Avstriyada qoyulmuş, sonradan isə Çində inkişaf etdirilərək beynəlxalq miqyasda genişləndirilmiş "RobotChallenge" gənclərin robototexnika, proqramlaşdırma, mühəndislik, süni intellekt və innovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirməsi üçün beynəlxalq platformadır. Yarışın Azərbaycanda keçirilməsi ölkədə STEAM təhsilinin təşviqinə, innovasiya ekosisteminin inkişafına və gələcəyin texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verəcək.

Müsabiqə çərçivəsində fərqli yaş qruplarını təmsil edən iştirakçılar robototexnika, proqramlaşdırma, süni intellekt və innovasiya istiqamətləri üzrə hazırladıqları layihələri təqdim edəcək və müxtəlif kateqoriyalar üzrə öz həllərini və texnoloji bacarıqlarını nümayiş etdirəcəklər. Yerli mərhələnin qalibləri Çində keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

"RobotChallenge Azerbaijan 2026" haqqında ətraflı məlumat www.robotchallenge.az səhifəsində təqdim edilir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page