top of page

BEGOC Biznes Mərkəzində qanvermə aksiyası təşkil olunub

  • 16 hours ago
  • 1 min read
A blood donation campaign was organized at BEGOC Business Center

Sosial məsuliyyət prinsiplərinə sadiq qalan FMG şirkətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu aksiya cəmiyyətin diqqətini bir daha qan xəstəliklərindən əziyyət çəkən şəxslərin problemlərinə yönəltməyi hədəfləyib.

“Qan ver, sevindir!” devizi altında baş tutan aksiyada FMG əməkdaşları ilə yanaşı, biznes mərkəzində fəaliyyət göstərən digər şirkətlərin nümayəndələri də böyük həvəslə iştirak ediblər. Aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən şəxslər üçün mütəmadi qan ehtiyatının formalaşdırılmasına dəstək olmaq və insanları bu kimi xeyriyyə təşəbbüslərinə daha aktiv qoşulmağa təşviq etmək olub.

Səhər saatlarından etibarən başlayan tədbirdə iştirak etmək istəyən donorlar əvvəlcə Səhiyyə Nazirliyi Respublika Qan Bankının ixtisaslı həkimləri tərəfindən tibbi müayinədən keçirilib. Onların sağlamlıq vəziyyəti diqqətlə yoxlanıldıqdan və qanverməyə uyğun olduqları təsdiqləndikdən sonra müvafiq tibbi qaydalara uyğun şəkildə qan götürülüb. Proses tam təhlükəsizlik və gigiyena normalarına riayət olunaraq həyata keçirilib. Toplanan qan nümunələri Qan Bankının laboratoriyasında yoxlandıqdan sonra talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, ölkənin aparıcı şirkətlərindən biri hesab olunan Facility Management Group (FMG) doqquz ildir ki, əmlak bazarında uğurla fəaliyyət göstərir. Ofis və yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, eləcə də müxtəlif təyinatlı daşınmaz əmlakların peşəkar idarə olunmasını həyata keçirən FMG şirkəti müasir idarəetmə yanaşmaları və yüksək xidmət keyfiyyəti ilə seçilir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page